Dünya üzrə veb-saytlarının dörddə birinin əsasını təşkil edən WordPress, istifadə asanlığı və funksional olması ilə ən çox seçilən idarəetmə sistemidir. Bundan əlavə, ehtiva etdiyi plaqinlərlə sayta bir çox özəllik və funksiyanı asanlıqla quraşdırmağa imkan verir.
Bu yazıda saytlarınızda istifadə etməyi tövsiyə etdiyimiz 10 ən yaxşı pulsuz WordPress plaqini haqqında məlumat verəcəyik.
Mövzu başlıqları:
WordPress plaqinlərin nədir? Nə üçündür?
Plaqin, adətən Vördpresdə mövcud olmayan bir çox xüsusiyyətləri veb saytınıza quraşdırarağa imkan verən kiçik proqram təminatıdır. Məsələn, standart WordPress quraşdırmasına daxil olmayan və SEO üçün çox vacib olan optimizasiyaları yüklədiyiniz plaqinin köməyi ilə quraşdıra bilərsiz. Bu plaqinllər saytın ümumi performansına müsbət təsir göstərir ki, bu da axtarış nəticələrinin yaxşılaşmasına imkan veirir.
Ən yaxşı 10 plaqin:
1) Rank Math (SEO)
Rank Math ən yaxşı pulsuz SEO plaqini kimi əla iş görür. Uzun müddət bazarda yalnız Yoast SEO plaqinindən istifadə edilirdi. Ancaq, Yoast SEO-nun pullu versiyasında təklif olunan funksiyaların bir çoxunu istifadəçilərə pulsuz təqdim edən, Rank Math Yoast-dan daha çox üstünlük qazandı.
Rank Math quraşdırma asanlığı baxımından Yoast-dan bir addım qabaqdadır. Əgər plaqini ilk dəfə quraşdırdığınız zaman onu Google Axtarış Konsolu hesabınıza qoşsaz, bu, daha sonra veb saytınızdan Google Axtarış Konsolunda məlumatları görmək imkanı yaradacaq.
Rank Math-ın başqa bir xüsusiyyəti 404 error monitoru və avtomatik yönləndirmədir. Bu funksiyaların hər ikisi Yoast-da ödənişli təklif olunur.
Həmçinin ən son funksiya ilə siz Google Analytics hesabınızı Rank Math-a birləşdirərək saytınızın statistikasına baxa bilərsiniz.
2) Sucuri Security
İnternetdə təhlükəsizlik həmişə ən vacib məsələlərdən biridir. İstər 100, istərsə də 100.000 insan vebsaytınızı ziyarət edir, fərqi yoxdur, Nəzərə alaq ki, WordPress əsaslı saytlar daha çox hücuma məruz qalır.
Sucuri Security çox sadə və asan idarə olunması ilə sizin üçün bütün təhlükəsizlik tədbirlərini alır. k 5Plaqini quraşdırdıqdan sonra sizə verilən linkdən API Açarını alıb sayta daxil olun və plaqini aktiv edin.
3) Elementor (Tema)
Elementor, heç bir tema almadan, drag və drop (sürüşdür və burax) ilə edərək öz dizaynlarınızı yaratmağa imkan verən inanılmaz dərəcədə faydalı WordPress plaqinidir.
Elementor tərəfindən dəstəklənən pulsuz WordPress temalarından birini seçmək və veb saytınızı tamamilə boş bir kətan üzərində rəsm çəkirmiş kimi sıfırdan dizayn etmək mümkündür.
Ən yaxşı xüsusiyyətlərdən biri dizayn etdiyiniz veb saytın müxtəlif cihazlarda necə göründüyünü göstərən cihaz menyusudur. Bu yolla siz çox asanlıqla hər cihaza xas dizaynlar edə bilərsiniz. Əvvəllər bu tapşırıq üçün yüzlərlə kod yazmaq lazım idi.
Pulsuz versiya bir çox funksiyaya malikdir və kifayət qədər özəllik təqdim edir, lakin dizaynı daha da təkmil etmək istəsəz Elementor Pro-a keçməyiniz tövsiyə olunur. Elementor Pro ilə yarada bilməyəcəyiniz veb sayt yoxdur.
4) MonsterInsights (Statistika)
Başlanğıc ekranında sayta həmin həftə neçə nəfərin saytınızı ziyarət etdiyi, keçən həftə ilə müqayisədə artıb-azalmaması kimi məlumatları göstərən çox faydalı bir plaqindir. Pulsuz versiyada çox əsas məlumatları təqdim edir və əksər istifadəçilər üçün kifayət qədər məlumat verir.
Monster Insights-dan istifadə etmək üçün Google Analytics vasitəsilə Universal kod yaratmalısınız. Daha sonra Monster Insights-ı quraşdırıb onu Google Analytics hesabınızla birləşdirdiyiniz gərəkdir. O, həm Google Analytics kodlarını vebsaytınıza yerləşdirir, həm də bu statistikanı saytın arxasında görməyə imkan verir.
Saytınıza daxil olan istifadəçilərin hansı səhifəyə daxil olduqları, axtarış sisteminə nə yazdıqları kimi məlumatları göstərən Monster Insights hazırda 3 milyondan çox saytda istifadə olunur.
5) WooCommerce (Elektron Ticarət)
WordPress-də e-ticarət dedikdə, ağlınıza gələn ilk plaqin həmişə WooCommerce olur. E-ticarətdə istədiyiniz hər şeyi edən bu plaqin, satın aldığınız mövzuların verdiyi dəstəklə istədiyiniz hər şeyi etmək üçün hazırlanmışdır. E-ticarət üçün tapa biləcəyiniz ən yaxşı pulsuz WordPress plagini WooCommerce-dir.
Siz plaqini quraşdırdığınız zaman bir e-ticarət səhifəsində olması lazım olan ən vacib səhifələr olan Alış-veriş Səbəti, Mağaza Səhifəsi, Ödəniş Səhifəsi, Giriş Səhifəsi kimi səhifələri veb saytınıza avtomatik quraşdırır.
Bundan əlavə, ehtiva etdiyi ətraflı məhsul idarəetmə səhifələri ilə məhsullarınızı tez bir zamanda e-ticarət saytınıza əlavə edə, məhsullarınız üçün fərqli varyasyonlar yarada, stoku izləyə və POS inteqrasiyaları ilə müqaviləli banklara ödənişlər ala bilərsiniz.
6) Litespeed Cache (Sürət və Keş)

WordPress saytlarında plaqinlərin istifadəsi artdıqca veb saytınız yavaşlamağa və şişməyə başlayır. Bu vəziyyəti düzəltmək üçün tövsiyə etdiyimiz plaqin öz sinfində ən yaxşısı olan Litespeed Cache-dir.
Litespeed-in verilənlər bazası optimallaşdırma xüsusiyyətlərindən istifadə edərək, verilənlər bazasında lazımsız qeydləri silə bilərsiniz. Yazılarınızın köhnə versiyaları da WordPress verilənlər bazasında saxlanılır. Litespeed Database optimallaşdırılması ilə siz bu versiyaları silə və verilənlər bazanızın bir az daha sürətli işləməsini təmin edə bilərsiz.
Digər vacib parametr, səhifə yüklənərkən veb saytın serverə sorğu göndərmə sayını azaltmaqdır. Nə qədər çox sorğu olarsa, bu, veb saytınızın yükləmə sürətinə bir o qədər yavaş olar.
Litespeed parametrlərini qurmazdan əvvəl saytınızın sürətini GTMetrix, Pingdom və ya WebPageTest kimi saytlarla yoxlamağınız tövsiyə olunur.
Sorğuların sayını azaltmaq üçün saytınızda CSS və JS fayllarını həm kiçildmək, həm də birləşdirmək lazımdır. Beləliklə, birləşdirilmiş CSS və JS faylları 10 sorğu yerinə 1 sorğu göndərəcək və saytın sürəti artmış olacaq. Bu da axtarış nəticələrinizə müsbət təsir edəcək.
Ancaq bu funksiyaların hamısını eyni anda aktivləşdirməyin, bir-bir açıb saytın görüntüsünün pozulub-pozulmadığını yoxlayın. Çünki xüsusilə Javascript (JS) kodları çox olduqd bu xüsusiyyətləri kiçildmək və birləşdirmək veb saytın görünüşünü poza bilər(slayderlər kimi) .
7) WPForms
Formlar dedikdə, ağla gələn ilk WordPress plaqini Contact Form 7-dir. Bununla belə, Contact Form 7-nin serverin prosessorunu işlədiyi müddətdə çox yüklədiyi bildirilir. WPForms isə dizayn və istifadə rahatlığı baxımından serveri yormayan daha yüksək səviyyəli plaqindir. Hal-hazırda 3 milyondan çox WordPress saytında aktiv şəkildə istifadə olunur.
Dizayn baxımından HTML-də əsas bilik tələb edən Contact Forms 7 ilə müqayisədə formların vizual dizaynı öncədən hazırlanır və əlavə kod biliyinə ehtiyac qalmır.
8) reSmush.it Image Optimizer (Optimallaşdırma)
Şəkillər veb səhifənin sürətinə ən çox təsir edən amillərdən biridir. Şəkillərinizi optimallaşdırmadan vebsayta yükləsəniz,saytınızın açılış sürəti xeyli azalacaq ki, bu da SEO sıralamanıza mənfi təsir göstərəcək.
Quraşdırıldıqdan sonra reSmush veb saytınızdakı bütün şəkil fayllarını bir kliklə təyin etdiyiniz vizual keyfiyyətə optimallaşdırır. Bundan sonra, o, avtomatik olaraq bütün yeni əlavə edilmiş şəkil faylları da optimallaşdırır.
Bu məqalədə pullu versiyası olmayan yeganə plagindir və sözün əsl mənasında ən yaxşı pulsuz WordPress plaqinidir.
9) Easy Table of Contents
Məzmun cədvəlləri(Table of Contents) postun ən əvvəlində məqalənizin əsas başlıqlarını(h2, h3 və s.) sadalayan strukturdur. SEO-da nəzərə alınan meyarlardan biri olan məzmun cədvəli saytlara axtarış nətiələrində üstünlük qazandırır.Məqalədə bunun olması oxucular üçün də faydalıdır, belə ki, istədikləri mövzu başlıqları arasında keçid edə bilirlər. Bizim saytda da bu cədvəli yazının üstündə görə bilərsiz.
Bu plaqin yazdığınız məqalədəki bütün başlıq etiketlərini iyerarxik olaraq aşkar edir və avtomatik olaraq bütün linkləri yaradır.
Rank Math-ın SEO qiymətləndirmə meyarlarından biri məzmun cədvəlinin olub-olmamasıdır. Əgər səhifənizin və ya məqalənizin SEO xalını artırmaq istəyirsizsə, bundan mütləq istifadə etməlisiz.
10) ManageWP Worker
Plaqin saytı uzaqdan idarə etməyə imkan verir. Bu sizə istədiyiniz qədər çox WordPress saytı quraşdırmağa imkan verir.
ManageWP Worker ilə edə bilərsiniz.
- WordPress versiyasını yüksəltmək
- Pluginlərinizi yeniləmək, aktivləşdirmə və ya silmə
- Təhlükəsizlik testi və hesabat
- Aylıq ehtiyat nüsxəsi almaq
- Sürət və optimallaşdırma testi
- Google Analytics hesabatları
- Ətraflı müştəri hesabatıVerilənlər bazasının optimallaşdırılması və məzmun versiyalarının silinməsi
- İstifadəçi idarəetməsi və s.
Son olaraq çalışın artıq plaqinlər yükləyib serveri yormayasız və yükədiyiniz plaqinləri hər zaman update edəsiz.