Sosial şəbəkələrin sürətli inkişafı və böyüməsi ilə veb-saytlar əvvəlki qədər istifadə olunmasa da, hələ də internetin əsas resurs mənbəyi olaraq qalır və geniş istifadəçi saylarına sahibdir.
Gündəlik işlərinizi asanlaşdıracaq, sizə vaxt qazandıracaq faydalı saytları araşdırıb sizlər üçün bu məqaləni ərsəyə gətirdik. Qeyd edək kİ, sayt adına klik edərək veb səhifəsinə keçid edə biləriz.
Faydalı saytlar:
- iIovepdf.com ¬ Bu sayt ilə pdf fayllarını birləşdirə, kiçildə və hətta digər fayl formalarına çevirə bilərsiz. Ən gözəl cəhəti isə bütün bunları qeydiyyatsız və pulsuz edə bilməyinizdir.
- Microsoft 365 ¬ Bütün ofis proqramlarından ödənişsiz istifadə edə biləcəyiniz güvənli platforma. Əgər ofis proqramlarınızın lisensizya müddəti bitibsə və ya crackli versiyalarını yükləyib kompüteri riskə atmaq istəmirsizsə bu sayt sizin üçündür. Tək ehtiyacınız bir Microsoft hesabıdır.
- Suninsta.com ¬ İnstaqramda story, şəkil və reels videoları yükləyə biləcəyiniz onlayn veb-sayt. Ödənişsiz olan bu sayt ilə həmçinin paylaşımların caption hissəsini də yükləmək mümkündür.
- QR Code Generator ¬ Adından da göründüyü kimi bu QR kod yaradıcıdır. Sosial hesab linklərindən şəkillərə, mətnlərdən mp3 fayllara qədər bir çox şeyi QR koda çevirə bilərsiz.
- Google Trends ¬ Quql və yutubda trend olan mövzuları və açar sözlərini tapmağa kömək edir. Günlük, həftəlik, aylıq və rüblük olaraq yüksəlişdə olan keywordləri taparaq buna uyğun kontentlər yarada bilərsiz.
- Photopea ¬ Photoshop proqramından onlayn şəkildə istifadə etməyə imkan verən sayt. Tək mənfi cəhəti proqramın köhnə versiyada olması və çıxan reklamlardır.
- Grammarly.com¬ İngiliscə söz, cümlə və qrammatik xətaları düzəldən AI texnologiyalı platforma. Bu sayt bir çox məqalə və yazı işlərinizdə sizin köməyinizə çatacaq.
- Looka.com ¬ Süni intellektin köməyi ilə bir neçə dəqiqədə loqo hazırlamağa imkan verən sayt. Hələ ki, istifadəsi ödənişsizdir.
- Fontlar.info ¬ Azərbaycan şriftlərini(ə,ü,ö) dəstəkləyənlər fontların mövcud olduğu bu sayta istənilən fontu yükləyə və öz işində istifadə edə bilərsiz.
- Compress2go.com ¬ Video, şəkil və pdf, həmçinin zip faylları kompress edə biləcəyiniz ödənişsiz sayt. Bu platformadan fayllarınızın ölçüsünü kiçildərək yükləmək mümkündür.
- Tld-list.com ¬ Bu sayt ən ucuz domen firmalarını tapmağınıza kömək edəcək. Xarici domen adları üçün keçərlidir.
- Bitly.com ¬ Uzun linkləri short edə biləcəyiniz platforma. Hətta paneldən linklərinizi izləyə, neçə klik aldığını, hansı ölklələrdən klikləndiyini və s. dataları ala bilərsiz. Qeyd edək ki, aylıq link qısaltma sayı 1000-dir ki, bu işləriniz üçün artıqlamasıyla yetər.
Əgər sizin də mövzuya uyğun əlavələriniz varsa, şərhlərdə bizə bildirərək, digər insanlara da töhvə verə bilərsiz.
