Skip to content

Google AdSense nədir? Necə qeydiyyatdan keçib pul qazanaq?

Google AdSense nədir? Necə qeydiyyatdan keçib pul qazanaq?

Öz veb saytınızı açmaqla gəlir əldə etmək internetdən pul qazanmağın yollarından biridir. Çox sayda ziyarətçisi olan veb-saytınız varsa və ya belə bir sayt açmağı planlaşdırırsınızsa, Google AdSense sistemindən istifadə edərək saytda reklam yerləşdirə və dollarla qazanc əldə edə bilərsiniz. Bu məqalədə “Google AdSense nədir?” “Adsense qeydiyyatı necə olur”, “Adsense-dən necə pul qazanmaq olar?” və s. bu kimi suallara cavab verməyə çalışacağıq.

Google AdSense nədir?

AdSense, veb saytda reklamlar göstərərək pul qazanmağa imkan verən Google xidmətidir. Adsense-nin verdiyi reklam kodlarını saytda müəyyən yerlərdə yerləşdirilir. Ziyarətçilər veb-saytınıza daxil olduqda, Google-un bu sahələrdə onlar üçün müəyyən etdiyi reklamları görürlər. İstifadəçilər bu reklam bannerlərinə klik etdikdə müəyyən bir qazanc əldə edirsiz. Beləliklə, reklamlar sayəsində saytınıza gələn trafikdən gəlir əldə edə bilərsiniz.Reklamlar ziyarətçilərin maraqlarına və şəxsi məlumatlarına uyğun olaraq müəyyən edilir. Təkcə sayt deyil, Youtube kanalını da Adsense hesabına qoşub qazanc əldə edə bilərsiz.


Google AdSense Hesabını Necə Açmaq olar?

Öz AdSense hesabınızı yaratmaq düşündüyünüzdən çox asandır! Bunun üçün öncə Youtube kanalı vəya bir veb-sayta sahib olmalısınız. Saytınız varsa Google hesabı ilə AdSense qeydiyyat səhifəsinə daxil olub dərhal öz hesabınızı yarada bilərsiz.

Google AdSense-də sistem aşağıdakı kimi işləyir:

  • Google AdSense hesabı yaratdıqdan sonra veb saytınızı açdığınız hesabla əlaqələndirirsiz.
  • Sizə verilən reklam kodunu saytın Ana səhifəsinə əlavə edirsiz.
  • Google veb saytınızı yoxlayır və müəyyən kriteriyalara uyğun olduqda təsdiq edir. (Təsdiq müddəti 1-2 həftə çəkir)
  • Təsdiqdən sonra isə reklam kodlarını saytınızın müəyyən hissələrini yerləşdirib klikə görə qazanc əldə etməyə başlayırsız.
  • Son mərhələdə isə sizə ünvanı təsdiq etmək üçün pin kod göndərilir və bank hesabını əlavə edib qazancınızı alırsınız.

Google AdSense hesabı açmaq üçün hansı tələblər var?
Saytın Adsense-də təsdiqi üçün Haqqımızda, Əlaqə və Gizlilik siyasəti kimi səhifələri mütləq əlavə edilməlidir. Kontentlər isə orjinal və keyfiyyətli olmaqlıdır
Bir də saytında AdSense-dən pul qazanmaq istəyən insanların riayət etməli olduğu bəzi şərtlər var. Bu şərtlər Google AdSense Siyasətlərində qeyd olunub.

Azərbaycan dili rəsmi olaraq dəstəklənməsə də, bunun bir həll yolu vardır.Sİzin saytda Adsense təsdiqini edərək pul qazanmanı aktivləşdirə bilərik! Əgər maraqlıdırsa, ətraflı məlumat üçün bizimlə əlaqəyə keçin!

Google AdSense ilə necə pul qazanmaq olar?

Google AdSense-dən daha çox pul qazanmağınıza kömək edəcək bəzi tövsiyələr:

  1. Trafikinizi Artırın
    Google reklamlarında qazanca təsir edən ən böyük amillərdən biri veb-saytınıza gələn trafikin həcmidir. Saytınıza daha çox insan ziyarət edirsə, o deməkdir ki, daha çox insan sizin reklamlarınıza klikləyəcək.
    SEO-dan doğru şəkildə istifadə etsəniz AdSense-dən pul gəlirlərinizi artıra bilərsiz. Bunun əsas yollardan biri də keyfiyyətli backlinklər alaraq saytı Quqlun gözündə daha dəyərli etməkdir.
    Bizdən sərfəli BACKLİNK PAKETLƏRİ alaraq qazanclarını artır!
  2. Kontentin keyfiyyətinə diqqət yetirin
    Bloq yazıları, məqalələr, videolar, şəkillər və saytınızda dərc etdiyiniz hər şey kontent vəya məzmun adlanır. Ziyarətçilər bu məzmunda istədiyini əldə etmək üçün veb-saytınıza daxil olurlar. Məzmununuzu bəyənsələr, saytda daha çox vaxt keçirəcək və növbəti dəfə oxşar üslubda məzmuna ehtiyac duyduqları zaman sizin sayta qayıdacaqlar. Bu səbəbdən veb saytınızda paylaşdığınız məzmunun sayının və keyfiyyətinin artırılması daha çox insanın vaxt keçirməsinə və buna görə də reklamlara tıklama şansının artmasına səbəb olacaq.
  3. Reklamları dəyişin. Reklam bannerlərini ən çox görünən yerlərə qoyun və çalışın ki, ölçülərii kiçik olmasın.

Google AdSense nə qədər qazanır?
Bu reklam sayından, ölçüsündən, trafikdən və kontentin mövsusundan asılı olaraq dəyişir. Qazanclarda digər önəmli faktor isə dildir, belə ki, xaricidilli saytlar daha çox qazandırır.

Ödənişləri Necə Edilir?
Azərbaycanda əsasən bank köçürmələri ilə dollar hesabına ödəniş edilir. Balansınızda təsdiqlənmiş vəsait min. 100$ olduqda həmin ayın 20-24 aralıqlarında pul hesabınıza göndərilir.

Məkanınızdan asılı olaraq, aşağıdakı üsullardan istifadə edərək Google AdSense-dən ödəniş ala bilərsiniz:

  • EFT
  • SEPA
  • Çek
  • Rapida
  • Western Union

Google AdSense istifadə etməyin üstünlükləri nələrdir?
Google AdSense-dən istifadə etməyin bir çox fərqli üstünlükləri varki onlar aşağıdakılardır:

  • İstifadəsi Asandır
    Adsense-nin istifadəsi çox asandır. Quraşdırma prosesini tamamladıqdan sonra siz yalnız reklamların dərc olunmasını istədiyiniz yerləri seçirsiniz və qalanını Google özü edir.Quql ziyarətçiləriniz üçün ən uyğun reklamları seçir və nümayiş etdirir və heç bir şey etmədən performans təhlilini aparır.
  • Tamamilə Pulsuzdur
    Heç bir ödəniş ödəməli deyilsiniz. Siz Google reklam şəbəkəsinə pulsuz qoşulursunuz. Reklamlara kliklədikdə, Google yalnız reklam verənlərin reklamlar üçün ödədiyi ödənişdən müəyyən komissiya alır.
  • Fərdiləşdirilmiş Reklamlar
    AdSense saytın hər bir ziyarətçisinə xüsusi reklamlar göstərir. Bu reklamlar insanların maraqlarına və şəxsi datalarına uyğun hazırlandığından, hər kəs klikləmək ehtimalıınn ən yüksək olduğu reklamları görür.Maraqlarına uyğun seçilmiş reklamları görmək ziyarətçilərin onlarla heç bir əlaqəsi olmayan reklamlarla qarşılaşma riskini azaldır və kliklənmə, yəni pul qazanma şansınızı artırır.
  • Keyfiyyət Standartlarına Görə Seçilmiş Reklamlar
    AdSense tərəfindən seçilmiş reklamlar veb-saytlarda göstərilməzdən əvvəl yoxlama mərhələsindən keçir. Keyfiyyət standartlarına cavab verməyən, yanlış məzmunlu, aldadıcı və ya uyğun olmayan məzmuna malik reklamlar bloklanır. Bu yolla siz müştərilərə hər dəfə daha keyfiyyətli reklamlar göstərilir.

AdSense haqqında tez-tez verilən suallar

Google AdSense təsdiqi neçə gün ərzində alınır?
AdSense üçün təsdiq vaxtı vebsaytınızın keyfiyyətindən və trafikindən asılı olaraq dəyişə bilər. Ümumiyyətlə, əksər saytlar iki həftə ərzində müsbət və ya mənfi nəticələr əldə edir. Xüsusi hallarda bu müddət bir aya qədər uzadıla bilər.

PİN kodu nədir?
AdSense PIN kodu hesabınızı və ünvanınızı təsdiqləmək üçün Google tərəfindən sizə verilən Şəxsi İdentifikasiya Nömrəsidir. Bu PIN poçtla fiziki ünvanınıza göndəriləcək və o gələn zaman onu Google AdSense hesabınıza daxil etməlisiniz.

Google AdSense istifadə etmək pulludurmu?
Xeyr, AdSense hesabı yaratmaq tamamilə pulsuzdur. Heç bir pul ödəmədən hesabınızı yarada və reklam etməyə başlaya bilərsiniz.

AdSense 1000 görüntülənmə üçün nə qədər ödəyir?
Google AdSense hər domen üçün ən yüksək təklif əsasında ödəniş edir. Beləliklə, 1000 görüntülənmə üçün ödənilən konkret məbləğ yoxdur. Hər klik üçün aldığınız qiymət veb-saytınıza gələnlərin maraqlarından və reklam verənlərin ödədiyi məbləğdən asılı olaraq dəyişəcək.

AdSense BAN nədir?
AdSense siyasətlərinə əməl etməsəniz, Google AdSense hesabınızı deaktiv edə bilər. Buna AdSense BAN deyilir.

Google Ads və Google AdSense arasında hansı fərqlər var?
Google Ads xidmət və ya məhsul satışı edən firma və şirkətlərin reklam verdiyi platformadır.

Məqaləmizin əvvəlində qeyd etdiyimiz Google AdSense Siyasəti reklam gəliri əldə etmək üçün ciddi şəkildə riayət etməli olduğunuz qaydalardır. Bu siyasətlərə əməl etməsəniz, vebsaytınız Google AdSense sistemindən silinə bilər. Buna görə də bu sistemdən pul qazanmaq şansınızı itirəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir