Skip to content

Ən çox edilən SEO səhvləri və xətaları | SEO optimizasiyası

Ən çox edilən SEO səhvləri və xətaları | SEO optimizasiyası ilə trafikini artır

SEO işi veb saytların trafikini artırmaq üçün effektiv bir yoldur. Bununla belə, edilən səhvlər SEO çalışmalarının uğursuzluğuna səbəb ola bilər. Buna görə də SEO işlərini yerinə yetirərkən ən çox edilən səhvlər barədə məlumatlı olmaq vacibdir.
Bu bloq yazımızda ən çox edilən SEO səhvlərindən və bu səhvlər üçün alına biləcək tədbirlərdən danışacağıq.

SEO-ya ən çox təsir edən 3 böyük səhv

Texniki SEO xətaları veb-saytın infrastrukturunda baş verən və axtarış motorlarının veb saytı düzgün indkesləyib sıralamasına mane olan səhvlərdir. Bu səhvlər həmçinin saytın axtarış motoru nəticələrində (SERPs) daha yüksək yer tutmasına mane olur.

SEO-ya ən çox təsir edən 3 əsas səhv:

1) Səhifələrin yavaş və gec yüklənməsi

Yavaş yüklənən səhifələr istifadəçi təcrübəsinə mənfi təsir göstərir və axtarış motorları tərəfindən mənfi qiymətləndirilir. Səhifə yavaş olduqda, istifadəçilər həmin saytdan uzaqlaşa bilər. Bu, həm də axtarışda sıralamaya mənfi təsir edir.
Saytınızın sürətini Google Pagespeed Insights GTmetrix kimi alətlərlə yoxlaya və əldə etdiyiniz səhvləri həll edə bilərsiniz. Sayt sürətini artırmağın əsas yollarından biri Cache və compress plaqinləridir.
Şəkil və videolarınızı kompress etmədən, yəni ölçüsünü kiçiltmədən sayta yükləmək sürəti olduqca zəiflədir.


2) Qırıq Linklər

Qırıq Linklər xətalı vəya aktiv olmayan linklərdir. Bunlar axtarış motorlarının veb saytı düzgün indeksləməsinə əngəl yaradır Ahrefs-in Broken Link aləti ilə veb saytınızdakı pozulmuş keçidləri aşkar edə və onları müvafiq səhifələrə 301 yönləndirmə ilə düzəldə bilərsiniz.


3) Mobil Uyğunluq Problemi

Veb sayt mobil cihazlarda düzgün göstərilmədikdə, mobil istifadəçilərin saytdan istifadə edə bilməməsi ilə nəticələnə bilər. Bu da, istifadəçi təcrübəsinə mənfi təsir göstərir və axtarış motorlarının veb saytınızı cəzalandırmasına səbəb ola bilər. Trafikin 80%-dən çoxunun mobidən gəldiyini nəzərə alsaq, responsive yəni mobil uyğunluq önəmli məsələdir

Saytınızın mobil testlərini həyata keçirərək və Google Search Concole-un mobil səhifə təcrübəsi alətindən istifadə edərək səhifələrinizi təkmilləşdirməlisiniz.

SEO çalışmalarını uğursuz edə biləcək 6 səhv:

1) Yanlış açar söz seçimi:

SEO işi üçün ən vacib addımlardan biri düzgün açar sözləri seçməkdir. Səhv açar sözlər seçilərsə, hədəf auditoriyaya çatmaq mümkün olmayacaq.Düzgün açar sözlər hədəf auditoriyaya çatmaq və veb sayta trafik çəkmək üçün vacibdir.


2) Meta Başlıq və Description(Təsvir) xətaları:

Başlıq və təsvir sahələri istifadəçinin diqqətini və marağını cəlb etmək üçün vacibdir. Açar sözlərdən həddən artıq istifadə və söz limitini keçmək saytınıza zərər verir.
Başlıq və Təsvir xətaları saytınızda başlıqlar diqqəti cəlb edici və orijinal olmadıqda və ya aldadıcı və yanlış məlumatlar ehtiva etdikdə baş verir. Bu xətalar veb saytınızın trafikinə təsir edə və istifadəçiləri saytınızdan uzaqlaşdıra bilər.

Başlıq səhvlərinin qarşısını almaq üçün başlıq yaratmazdan əvvəl məzmunun əsas ideyasını və hədəf auditoriyanızı nəzərə almaq vacibdir. Başlıqda məzmunun mahiyyətini əks etdirən və oxucunun marağına səbəb olan ifadələr olmalıdır.


3) Keyfiyyətsiz Məzmun:

SEO üçün ən vacib amillərdən biri məzmunun keyfiyyətidir. Keyfiyyətli və orijinal məzmun axtarış motorları tərəfindən daha yüksək yer tutur.

“Content is Kİng ” ifadəsi hər şeyi izah edir. Keyfiyyətsiz məzmun oxucularınızın marağını itirməsinə və saytı tez tərk etməsinə səbəb olur. Keyfiyyətsiz kontentin səbəbləri:

  • 0 orijinallıq: Başqa mənbələrdən copy-paste edilərək yaradılan kontent keyfiyyətsizliyin əlamətidir.
  • Qeyri-kafi araşdırma: Məzmununuzu dəstəkləmək üçün kifayət qədər araşdırma etmədiyiniz zaman məlumat natamam və ya qeyri-dəqiq ola bilər.
  • Qrammatika və orfoqrafik səhvlər: Oxucularınızın məzmununuza inanmasını təmin etmək üçün orfoqrafik və qrammatik qaydalara əməl etməlisiniz.
  • Maraqsız kontentlər: Hədəf auditoriyanızı yaxşı tanımalı, onların arzu və istəklərin uyğun kontentlər yaratmalı.
  • Qeyri-kafi mənbələr: Məzmununuzu dəstəkləmək üçün etibarlı mənbələrdən istifadə etmək vacibdir.

4) Açar sözlərdən həddindən artıq istifadə:

Həddindən artıq açar söz istifadəsi spam kimi qəbul edilə və axtarış motorları tərəfindən cəzalandırıla bilər. Mövzuya uyğun 2-3 açar sözün istifadəsi kafidir. Unutmayaq kİ, axtarış alqoritmləri hər il güncəllənir və keçmişdə işə metod və vasitələr bu gün əksinə zərər verə bilir.


5) Texniki problemlər:

Veb saytın texniki durumunun optimallaşdırılması SEO üçün də vacibdir. Qırıq linklər və yavaş yüklənən səhifələr kimi texniki problemlər də axtarış motorları tərəfindən mənfi qiymətləndirilir. Bunun üçün keyfiyyətli xidmət göstərən hostinq firmalarının seçməyiniz tövsiyyə olunur. Ucuz xidmət bahalıya səbəb olur.


Geri bağlantılar veb saytın axtarış motorlarında daha yüksək yer tutmasına kömək edən vacib amildir. Yanlış link strategiyası veb saytın istifadəçi tərəfindən əlçatmaz olmasına və ya axtarış nəticələrində geriləməsinə səbəb ola bilər. Məsələn, nasaz və ya işləməyən bağlantılar istifadəçilərin veb saytınızı gəzməsinə mane olur və istifadəçi təcrübəsinə mənfi təsir göstərir.
Keyfiyyətli və kontentə uyğun geri bağlantılar əldə etmək SEO səylərinin uğuru üçün vacibdir.Digər saytlardan backlink alarkən linklərin spam olmadığından, həmçinin PA və DA dəyərlərinin yüksək olduğundan əmin olun. Backlinklərin sayı qədər keyfiyyəti də önəmlidir.
Yüksək keyfiyyətli və sərfəli backlink almaq istəyirsən? Doğru ünvandasan✅ Elə indi bizimlə əlaqəyə keç!

BACKLİNK PAKETLƏRİMİZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir